Qonaq Kitabı

Aşığam, elçi mǝni,

Gözǝldir elçi mǝni.

Öz sevdiyim bir qıza

Göndǝrin elçi mǝni.

 

Burdan dörd bacı keçdi,

Baxdı qıyqacı keçdi.

Ömrüm bǝhǝrsiz oldu,

Günlǝrim acı keçdi.

 

Torpaqda ac olmaya,

İnsandan bac almaya.

Elǝ dünya yarana,

İnsanlar qocalmaya.

 

Şana saçda olaydım,

Sürmǝ qaşda olaydım.

Sinnim geri dönǝydi,

On beş yaşda olaydım.

 

Mǝn aşiqǝm, ay xumar,

Gecǝ sǝrxoş, ay xumar.

Sevgilim cavab vermǝz,

A yatır xumar-xumar.

 

Aşıq, nǝ gözǝl yazdı,

Mirzǝlǝr gözǝl yazdı,

Qumru kimi danışan

Sinǝndǝ telli sazdı.

 

Aşıq Gǝrmǝ duzludu

Sözü şirin, duzludu.

Mǝclisi göylǝr kimi

Ülkǝrli, ulduzludu.

 

Mǝn aşiqǝm, dǝrindi,

Külü bağdan dǝr indi,

Bǝlǝdçim kor taleyim,

Düşdüm, quyu dǝrindi.

 

Xǝbǝr verin Gülxara,

Geyinmǝsin gül-xara.

Aşiqi nakam getdi,

Qismǝt oldu gül xara.

 

Aşıq, adın şirindi,

Fǝrhad dostu Şirindi.

Dostdan dosta gǝlǝn pay

Beçǝ baldan şirindi.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info