Qonaq Kitabı
MƏKTUB (75)

 

2 iyul, 1924.

 

Əzizim Həmidə!

 

Georgi məktubu mənə verdi və indiyəcən onu görmədiyimə görə sənin tapşırdığın şeyləri poçta iki bağlamada təhvil verdim: birinci bağlamada 1 put seçmə sədri düyü, o birində isə - 10 girvənkə qənd, 1 girvənkə çay, sənin üçün qaloş, Münəvvər üçün tənzif və paltodur.

Sən indi uşaqlarla haradasan və yayda qalmağa haraya gedəcəksən? İşim çox olduğuna görə mən, deyəsən, heç yerə tərpənə bilməyəcəyəm.

Burada iki gün hava bərk isti oldu, amma indi yaxşıdır. Hələlik xudahafiz. İndi başım çox qarışıqdır. Sonra Müfəssəl kağız yazaram. Hamıya salam.

Münəvvərin şeylərini təxminən bir həftə bundan əvvəl poçtla göndərdim. Yayda uşaqlar fars dilini və öz dərslərini öyrənməlidirlər.

Midhət üçün mütləq velosiped alacağam. Sənin bütün tapşırıqlarına dərhal və tamam əməl olunacaq. 

 

Sənin Cəlilin.

 

Məktub yaz.

Qaloşlar (ayağına) böyük ya kiçik olsa, geri qaytar, sənin üçün təzəsini göndərim. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info