Qonaq Kitabı
MƏKTUB (73)

 

7 fevral, 1924.

 

Əzizim Münəvvər!

 

Məktubunu aldım və sənə iki cüt fitil, 15 dənə limon, Həmidə xanıma isə bir girvənkə qəhvə, iki parça sikori göndərdim. Limonun bir neçəsini də ona göndər.

Bu yaxınlarda mən Həmidə xanıma kağız yazıb Bakıya gəlməsini xahiş eləmişdim, çünki uşaqlar onun üçün çox darıxırlar.

Polina Af(anasyevna) bütün günü qalstuk axtarıb, qadın qalstuku tapa bilməyib. Yaz görək sənə nə cür qalstuk göndərmək lazımdır. Həmidə xanıma təqvim və iki girvənkə balıq yağı göndərdim. Qaloş üçün nahaq yerə pul göndərmisən, mən özüm də ala bilərdim. Odur ki, bu kağızı gətirənlə sənə on manat göndərirəm. Nə lazım olsa, yaz, göndərim.

Həmidə xanım yazığım gəlir; nə qədər onu Bakıya çağıraram ki, gəlib burada dincəlsin – gəlmir ki, gəlmir. Bir neçə qəzet göndərirəm; oxu, sonra Həmidə xanıma göndər. Sənin məktublarını (qırmızı mürəkkəblə) və Həmidə xanımın köhnə məktubunu mən ancaq bu gün aldım. Hələlik, salamat qal. Yay üçün Qarabağa gəlmək fikrindəyəm (əgər uşaqlar və Həmidə xanımla Borjoma getməsəm).

 

Atan Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info