Qonaq Kitabı
Ərənlər bu yolda hazırdır, hazır

Ərənlər bu yolda hazırdır, hazır,

Müsahib lövhini dəftərdən qazır,

Gərəksə, eyləsin min kərrə üzür,

Onlar ilə yeyib-içənə lənət.

 

 

Ağlını bəyənib, iqrarın qoyub,

Qalxıb havalanıb, nəfəsinə uyub,

Təbərra kömləgin əyninə geyib,

Əzazil yurduna keçənə lənət.

 

Bəyənməyib ərənlərin sözünü,

Mənlik yurduna qondurmuş özünü,

Haqq qapıdan döndərmişdir yüzünü,

Əzazil donunu biçənə lənət.

 

Ariflər beylər dedilər uluya,

Əzazil neyləsin qəlbi doluya,

Təbərra oxundu yanlış biliyə,

Kəndi biləsinə uçana lənət.

 

Xətayim der: – Birvəliyəm yol ilə,

Sultanın töhfəsi hər dəm qul ilə,

Könüldə kibr olub soyuq dil ilə

                                      Özün məhəbbətdən seçənə lənət.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info