Qonaq Kitabı
“KOMMUNİST” QƏZETƏSİ İDARƏSİNƏ

 

Rəfiqim “Kommunist” qəzetini bugünkü böyük bayramı ilə ürəkdən təbrik edirəm. Əkinçi və fəhlə yolunda çalışan bir cəridə əkinçi və fəhlənin köhnə dostu “Molla Nəsrəddin” üçün qiymətli bir yoldaşdır. Arzu edirəm ki, həmin yoldaşım bundan da sonra illər uzunu tutduğu yolda yorulmayıb çalışmaqda ola. Salam olsun “Kommunist” qəzetində qələmlə (və ya qələmsiz) çalışan cəmi yoldaşlara.

 

“Molla Nəsrəddin” məcmuəsi müdiri:

Cəlil Məmmədquluzadə.

 “Kommunist” qəz., 30 dekabr, 1923, â„– 296.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info