Qonaq Kitabı
MƏKTUB (71)

 

18 dekabr, 1923.

 

Əzizim Həmidə!

 

Nina Antonovanın əri Rzayev mənə dedi ki, sən Qəmərlə (Əlişin qızı) Bakıya gəlməyə yığışırsan. Uşaqlar çoxdan səbirsizliklə gözləyirlər. Burada havalar yaxşı keçir. Uşaqlar qiymət vərəqlərini gətirdilər, bütün dərslərdən yaxşı qiymətlər alıblar. Ancaq Midhət alman dilindən geri qalır. Onun üçün köməkçi müəllim axtarıram. Velosiped uşaqlara ləzzət verir, Ənvərin isə öz xizəyi vardır. Uşaqların hamısı artıq velosiped və xizəkdə gəzə bilir.

Rzayev Münəvvərin xəstəxanaya təyin olunması barədə kağızı gətirir, amma Münəvvər xəstəxanada müvəqqəti təcrübə keçməlidir.

Hamıya salam. Tezliklə görüşənədək.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info