Qonaq Kitabı
MƏKTUB (68)

 

30 avqust (1923).

 

Həmidə!

 

Sənə Şuşaya və Ağdama kağız yazmışam. Amma çoxdandır ki, səndən kağız almıram.

“Yeni yol” Komitəsində işləyən cavan yoldaşımız Bəhramov indi Qarabağa yola düşür. Bir neçə gündən sonra qayıdıb gələcəkdir. Əgər onunla Bakıya gəlməli olsanız, sənə can-başla kömək elər.

İndi o tələsir, mənim də daha elə bir sözüm yoxdur ki, yazam.

Səni və uşaqları sentyabrın 10-u üçün gözləyəcəyəm.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info