Qonaq Kitabı
MƏKTUB (67)

 

28 avqust (1923).

 

Əziz oğlum Midhət!

 

Mən çoxdan sənə velosiped almaq istəyirdim. Axırı Malakan küçəsindəki bir ustada velosiped gördüm. Amma bu işdən başım çıxmadığı üçün ala bilmədim. Axırı dünən, avqustun 27-də eşitdim ki, qonşumuz İsrafil İbrahimov velosiped sürəndir. Faytona minib getdik. Pakizəni də apardım. İbrahimov bir saata qədər həmin velosipedə minib sürdü, baxdı. Onun razılığı ilə mən bu velosipedi alıb evə gətirdim (qızıl pul verdim).

Bunun əvəzində gərək sən də, vədə verdiyin kimi, ağıllı, çalışqan oğlan olasan. Ən vacibi: gərək ananı istəyəsən və onun sözünə baxasan.

Ənvər üçün içərisində altı toyuq və bir xoruzu olan hin almışam. Teymur üçün skripka axtarıram.

 

Atan Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info