Qonaq Kitabı
MƏKTUB (65)

 

25 avqust, 1923.

 

Əzizim Həmidə!

 

Səndən çoxdan xəbər yoxdur və bilmirəm yaylaqdan qayıtmısınız ya yox. Uşaqlardan nigaranam və onlar üçün darıxıram. Və bilirəm ki, sən də onların qeydinə az qalmırsan. Həmidə, sən Allah, öz-özünü təlqin elə, ələ al, gümrah və təmkinli ol. Axı bizim uşaqlarımız var, hələ onlara tərbiyə vermək, onları böyütmək lazımdır.

Dərslərin başlanmağına az qalıb. Uşaqlar yeni tarixlə sentyabrın onunadək burada olmalıdırlar. Onların özlərini, təhər-tövrlərini və dərs vəsaitini düzəltmələri bir neçə gün çəkəcək. Bir az əvvəl sənə yazmışdım ki, Şuşa şəhərinə sovqat göndərmişəm (qənd və sairə). Bərk heyfsilənirəm ki, Lısoqorska, sənin yanına gələ bilmədim. Boynuma alıram ki, bizim adamlarımızın ədalətsiz həbs olunmalarından sonra, hətta o yerlərə üz çevirmək də mənə çox pis gəlir. Gəlməyim lap vacib olsa, o başqa məsələ.

Yusifxan çoxdan Tiflisdədir və mənzil tapa bilmir. Dağdan qayıtdığınızı güman eləyib bu kağızı Ağdama yola salıram.

Uşaqları öpürəm. Hamıya salam.

 

Sənin Cəlilin.

 

Səninlə uşaqları səbirsizliklə gözləyirəm. Salamat qal.

Uşaq bluzkası və şalvarı üçün münasib parça olsa, gətir. Özüm üçün (yay üçün) köynək tikdirdiyim ipək parçadan yaxşı imiş və hamı ona müştəri çıxdı.

Ənvərin kefi necədir, dədəsi soruşur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info