Qonaq Kitabı
MƏKTUB (63)

 

4 iyul, 1923.

 

Əzizim Həmidə!

 

Cəlal və Lida indi sənin yanına gəlirlər, odur ki, sənə bu kağızı yazıram. Mən hələ də səndən hadisələr, teleqramlardakı (sənin və Cəmilin) xəbərlər haqqında təfsilat gözləyirəm. Lazım olan adamlarla danışmışam və ümidvaram ki, tutulanların hamısı azad olunacaqdır. Sən lap nahaq kəndə getdin. Mən, çox güman ki, oraya yayın ortalarında gələcəyəm. Münəvvərin alətlərini yaxın günlərdə poçtla göndərərəm. Uşaqlar necədirlər? Sən özünü naxoşluqdan gözlə. Cəlal dəyirmanın üstündə dayana bilər. Doğurdanmı çəyirtkə bütün əkinləri yemişdir?

Ənvər üçün darıxıram. Yusifxan hər gün gəlib mənimlə görüşür.

Hamıya salam. Tez-tez kağız yaz. Hələlik xudahafiz.

 

Sənin Cəlilin.

 

Hələlik Cəlalı göndərə bilmədim, çünki paltarı yoxdur. Məktubu Sadıq bəylə göndərirəm.

 

C.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info