Qonaq Kitabı
MƏKTUB (61)

 

20 iyun (1923).

 

Münəvvər!

 

Pambığı üsulluca aç, içində şüşə qabda dərman var.

Qlazomer tapılmadı. Əsl ayna yoxdur, şişə və çinidən var ki, onları da sənə göndərməyi Mehmandarov məsləhət görmür. Axtaracağam, tapan kimi göndərərəm. Sizdən bir dənə də məktub yoxdur, nigaranam. Bilmirəm Həmidə xanım və uşaqlar necədirlər. Adamları azad etdirmək üçün çalışıram. Bəs Şuşaya haçan gedirsiniz?

Aldığım şeylərin mhesab kağızını (sçet) göndərirəm. Nə lazım olsa – yaz. Sənə pul da göndərəcəyəm.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info