Qonaq Kitabı
MƏKTUB (60)

 

7 iyun, 1923.

 

Əzizim Həmidə!

 

Yevlaxdan vurduğun teleqramı sən gedən günün ertəsi saat 6-da alıb xatircəm oldum. Bilmirəm yolun qalan hissəsini necə getdiniz və indi kefiniz necədir.

Bu gün cümə axşamı Yusifxanla qəbiristanlığa gedib qəbir üstə gül apardıq. Yusifxan kimi, məni də qəm-qüssə götürüb, amma onu yalqız qoymuram. Bu saat o bizdə oturub. Səndən xahiş eləyirəm, sənə yalvarıram ki, necə olur-olsun başını bir işə qat, özünü ələ alıb səbir elə. Belə eləsən, mən səni daha artıq istəyəcəyəm. Kiçicik bir fürsət olan kimi gələcəyəm. Kəhrizlidə çox qalma və dağlıq yerlərdən birinə get. Özünü heç bir təsərrüfat qayğısı ilə əziyyətə salma, cürbəcür rüşvətxorların törətdikləri murdar işlərin fikrini çəkmə və Blaqovidovanın nağıl etdiklərini xatırla. Fikirləş ki, sovet hökumətindən gizlənən rüşvətxorların işinə qarışmaq nə qədər çətin məsələdir.

Hamıya salam. Uşaqlarda, xüsusi Midhətdə, əzizim Ənvərdə və o birilərdə gözün olsun.

Xudahafiz.

 

Sənin Cəlilin.

 

Sənin üçün 38 nömrə qaloş gətirsəm, ayağına yaxşı olarmı? Tapşırıqlarını gözləyirəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info