Qonaq Kitabı
MƏKTUB (59)

 

Bakı, 12 aprel (1923).

 

Misli-bərabəri az olan fazili-həqiqi axund Fərəculla Pişnamazzadə həzrətlərinə

 

Hər iki məktubunuz yetişdi, nəhayət şad oldum. Məni bu dərəcədə qiymətləndirməyiniz barmaqlarıma artıq bir qüvvət verir. Çünki bu kifayətdir ki, Siztək nadürəlvücudlar cızmaqaramızı təqdir edirsiniz. Məktubunuzun yetişməyi Həmidə xanımın Bakıya gəlməyinə təsadüf etdi. Hamılıqla Sizə və yoldaşınız Xanım bacıya və nuri-çeşmimiz bəradərzadələrə[i] səmimi dua göndəririk. Hamılıqla Əhməd Nasirin də, Böyükağanın da, Səkinə və Siddiqə xanımın da üzlərindən öpürük və ümid edirik ki, həmin bu dostluğumuz nəinki müvəqqəti, bəlkə baqi ola. Amma balaca oğlum Ənvərə, böyük oğlum Midhətə göndərdiyiniz bir qutu sövqat bunlar üçün toy-bayram oldu. Allah-taala Sizin də balaları həmişə xoşbəxt eləsin. Bundan sonrakı kağızınızda xahiş edirəm onların dərs və tərbiyələri barədə balaca məlumat verəsiniz ki, məsələnin əhəmiyyətli tərəfi budur.

Ümidvaram ki, yadınızdan çımayacaq. Sizin üçün bu ildən birdən əvvəl doqquzuna kimi və Təbriz nömrələrindən altı nüsxə göndərdim. Bundan sonra da Sizə göndərilməkdə olacaq.

 

Sizi qəlbən istəyən Cəlil Məmmədquluzadə.



[i] Bəradərzadə - qardaşoğlu. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info