Qonaq Kitabı
MƏKTUB (57)

 

6 fevral, 1923.

 

Müzəffər!

 

Lavrenti kağız yazıb 30 manat yol pulu istəyir. O sənə yazmışdı, əgər onu kağız yazıb çağırmaq lazımdırsa, ya sən 30 manat yol pulu göndər, ya da yaz mən göndərim. Mən onu sizə zorla qəbul elətdirmək fikrində deyiləm: fikirləşin. Əlbəttə, dəyirmanı təmir etdirmək lazımdır və o nə gərəksə eləyəcək, hərçənd onu həmişəlik dəyirmanda işlətməyin mənası yoxdur, çünki onda Əbdülkərim inciyəcək. Xülasə, fikirləşin. Təmir qurtaranda Lavrentini işdən azad eləmək olar. Ünvanı belədir: Çerez Lanqxutı, Atsana. C. Mamatı, Şatiri. Lavrentiyu Qoqeliya.

Hələlik. Xudahafiz, əziz uşaqlar.

 

Cəlil.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info