Qonaq Kitabı
MƏKTUB (54)

 

15 noyabr (1922).

 

Əzizim Həmidə!

 

Dünən Komissar Qədirli ilə Münəvvər barəsində danışdım. Mən yazmaq istəyirdim ki, Münəvvər Bakıda işləməyə gəlsin. Amma Qədirli məsləhət görür ki, bir neçə ay Ağdam xəstəxanasında təcrübə keçsin. Söz verir ki, sonra orada onu işə düzəltsin. Əgər Münəvvər bunu istəməsə, onda qoy gəlsin Bakıya, burada işə düzəlsin.

Dünən Qulam Axundov vasitəsilə sənə kağız göndərdim. Sən nahaq yerə orada oturmusan. Uşaqlar sənin üçün darıxırlar.

Dünən Mina ilə gedib Münəvvərə şevro ayaqqabı sifariş verdik. Hazır olan kimi, sənin üçün və Münəvvər üçün alacağım corabla birgə göndərərəm.

Bizdə təzə bir şey yoxdur.

Hamıya salam. Əz on cümlə Müzəffərə.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info