Qonaq Kitabı
MƏKTUB (53)

 

7 noyabr (1922).

 

Həmidə!

 

Kağızını alıb sənin və uşaqların naxoşlamağından bərk təşvişə düşdüm. Odur ki, qət elədim gəlim Kəhrizliyə. Sənin üçün fayton və istədiyin bütün şeyləri almışam. Yolda atları da alacaq və elə güman eləyirəm ki, hazır faytonla gələcəyəm. Amma bu vacib işlər gəlməyimi ləngidir: 1) Kəhrizlilərin işi. 2) Dəzgahların, yunun və pambığın sənə qaytarılması və 3) Dəyirmanı təmir eləmək üçün 10 dənə taxta verilməsi. Bütün günü bu işlər üçün idarələri dolaşıram. Bilirsən də, bizdə iş necə daşdan çıxır. Hamımız sağ-salamatıq və Müzəffər universitetə gedir. Əsədin oğlunu tez yola salmağa tələsir və məktubu bu ümidlə qurtarıram ki, yaxın günlərdə görüşəcəyik.

Uşaqlar nə istəyirdilərsə ver. Hələlik, sağlıqla qal.

 

Cəlil, Bakı.

 

Çox güman ki, müəllimlə ya da Tkaçovla gələcəyəm.

 

C.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info