Qonaq Kitabı
MƏKTUB (47)

 

Tiflis, 11 iyul (1917).

 

Həmidə!

 

Məktubunu aldım. Uşaqlar salamatdırlar, nigaran qalma. Ələkbərə yazmışam ki, arabanı sazlasın. Hazır olan kimi, dərhal Xankəndinə gedib, oradan da kəndə baş çəkəcəyəm. Jurnalımız çıxır. Sənə abunə kitabçaları göndərmədim. Axı, hələlik sənin abunə ilə məşğul olacaq halın yoxdur. Elə ki, lazım bildin, göndərərik. Buralar sərindir, yağış yağır. Nə üçün fikir çəkirsən, Həmidə? Bil ki, hər zaman sən lazım bilən kimi, mən sənin yanına gəlməyə hazıram. Tez-tez özün haqqında yaz. Mən hələlik Tiflisdəyəm. Jurnal 1500 nüsxə çıxır və hamısı satılır. Kefin və əlin necədir? Əziz Həmidəm... Hələlik, sağ ol.

 

Sənin Cəlilin.

 Mina və Yusifxan haqqında mən də heç bir şey bilmirəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info