Qonaq Kitabı
İZHARİ ”“ TƏŞƏKKÜR

 

 

“Ölülər” faciəsinin tamaşasında əyləşən müsəlman xanımları tərəfindən bəndəyə bir töhfə göndərilmiş ki, ibarət olsun bir səccadədən. Səccadənin üstündə əlvan ipək ilə çiçəklər toxunmuş və gözəl xətt ilə: “Sübhanə rəbbiəl-əla” ibarəsi yazılmışdır. Səccadə ilə bərabər göndərilən məktubda xanım bacılar bəndəni təsirli ibarələrlə alqışlayırlar.

Məni yad edənlərə möhtərəm qəzetiniz vasitəsilə izhari-təşəkkür əlavə, öz ixlasımı təqdim edirəm və səmimi-qəlbdən deyirəm ki, həmin töhfə gələcək ömrümdə bəndə üçün bir qiymətli yadigar hesab olunacaq.

 

 

“Ölülər” faciəsini yazan: həqir Molla Nəsrəddin.

 “Son xəbər” qəz. 13 may, 1916.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info