Qonaq Kitabı
MƏKTUB (42)

 

(14 aprel, 1916).

 

Həmidə!

 

Arxların məsələsini Ələkbər bəy Xasməmmədova tapşırdım və ona əlli manat pul və arxlara aid bütün sənədləri verdim. Bu gün buradan ona vəkalətnamə göndərirəm. Əgər vilayət məhkəməsində işi aparsa, onda üstəlik ona yüz manat da verəcəyəm, əgər uduzsa, işi Palataya keçirəcək. Orada isə Roxlin bizə kömək edəcək.

Mənə yay pencəyimi və jiletimi, yay köynəyimi və mümkün olsa, həsir şlyapamı göndər. Lavrenti bunlar üçün kiçik bir qutu qayırsın.

Mən “İslamiyyə” mehmanxanasında, 2-ci otaqda oluram. Bakıda aprelin axırına qədər qalacağam.

Əhməd bəy kəhrizinin planı barədə yazacağam.

Mənim qırmızı cildli türk lüğətimi (iki cild) göndər; kravatımın yanındakı taxçadadır.

 

Cəlil. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info