Qonaq Kitabı
MƏKTUB (40)

 

14 iyul (1914).

 

Həmidə!

 

Mən iki gündür Xankəndindəyəm. Sənin teleqramın dörd gün Məmmədəlidə qalıb. Srağa gün Xankəndinə gəldim ki onu alım və dünən Ələkbərə göndərim.

Bu gün balaca Ənvərin mədəsi yenə xarablayıb. Uşaqlar sağ-salamatdırlar. 5 – 6 gündən sonra mən Tiflisdə olmalıyam. Bilmirəm gəlmək fikrin var, ya yox. Xala Kislovodskdadır və ünvanını yazıb göstərməyib, odur ki, sənə yenə Yesentukiyə yazıram. Yevlaxdan Xankəndinə avtomobil işləyir, Şuşaya 10 manata aparırlar. Sən avtomobillə Ağ körpüyə qədər gəl, oradan bizə xəbər göndər, sənin dalınca gələk. Belə yaxşı olar, yoxsa fayton tapmarıq sənin dalınca göndərək, qazalağımızı isə yabılar oraya gətirib çıxara bilməzlər.

Hələlik.

Ev-eşikdə işlər yaxşıdır.

 

Cəlil – Xankəndi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info