Qonaq Kitabı
Bir qəndildən bir qəndilə taxıldım

Bir qəndildən bir qəndilə taxıldım,

Türab olub yer üzünə yaxıldım,

Bir zaman da çaxmaq ilə çaxıldım,

Könlümə od düşdü, yandım da gəldim.

 

Əzəldən əvvəli biz haqqı bildik,

Haqdan nida gəldi, haqqa haqq dedik,

Qırxlar meydanında yunduq, pak olduq,

İstəmən təharət, yundum da gəldik.

 

Şunda bir qardaşla qeydə düşmüşəm,

Pirlər məqamında yanıb bişmişəm,

Qırxlar meydanında həm görüşmüşəm,

İstəmən yanmağı yandım da gəldim.

 

Şah Xətayi aydır – Sənindir fərman,

Olursan hər qulun dərdinə dərman.

Gözəl şahın, sənə min canım qurban,

İstəməz qurbanı kəsdim də gəldim.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info