Qonaq Kitabı
MƏKTUB (38)

 

1 aprel (1914).

 

Həmidə!

 

Bizdə hər şey öz qaydasındadır. Uşaqlar səlamətdirlər. Bəs haçan gələcəksən? Gələndə limfa da gətir.

Burada yaz pis keçmir. Qəmər və Münəvvər sənə salam göndərirlər. Dəyirman işləyir.

Yavaş-yavaş jurnal üçün yazmağa başlamışam. Hekayələri Orucovlara göndərmək fikrindəyəm, yayda söz vermişəm. Hərçənd Tiflisdə Zeynal da xahiş edir ki, ona verim.

Deyilənlərə görə, artıq qubernator gəlib. Çəyirtkəni səylə qırırlar. Təzə bir xəbər yoxdur. Tez gəlsən, şad olarıq.

Uşaqları öpürəm. Minaya və Yusifxana salam.

 

Cəlil

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info