Qonaq Kitabı
MƏKTUB (34)

 

14 fevral, 1912.

 

Həmidə!

 

Dəyirmançı bu gün yola düşür. Dəyirman üçün bütün işləri görmüşük, lazım olan şeyləri sifariş veririk. Sənə 15 portaxal və bir neçə qəzet göndərirəm. Vekselləri və Ələkbərin məktubunu aldım. Gör Kazımbəyov, Ələkbər haqqında necə səmimi məktub göndərib.

Bu gün Qayıbova kağız göndərmişəm öyrənsin ki, Ağdamda kirayə verilən ev varmı? Cavabını Yerevana bildirəcəyəm.

Rus qoşunları İrandan qayıdır. Tripolidə böyük vuruşma olub, türklər qalib gəliblər. Ona görə də İtaliya kiçik Asiyadakı türk limanlarını bombardman eləyir.

Burada yağış yağır. Müzəffər indi mənim yanımda idi. Hamı səlamətdir. Fevralın axırı üçün gələcəyəm.

Veksellərin vaxtı barəsində çalışıram; amma hər halda pul olsa, poçtla göndər (veksellər üçün).

İstəkli kəhrizlilərsiz, xüsusilə Midhətsiz yaşamaq çox çətindir.

Qızlar salam göndərirlər.

Ağacları fevralın axırı üçün gətirərəm.

Öpürəm.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info