Qonaq Kitabı
MƏKTUB (30)

 

1911.

 

Əzizim Məmmədəli!

 

Sən bu qədər ki, mənə kağız yazıb şəkil və məqalələr istəyirsən, mən çox nigaran və narahat oluram ki, damağım olmur sənə lazımınca kömək edəm. Genə şükür ki, sən işləri elə ötüşdürürsən ki, bir növ təskinlik tapıram barı. Pul işləri genə məni məşğul etməkdədir. Məsələn, yanvarın 15-də iki veksel var: Bıxova iki yüz və Səmədova yüz əlli manat.

Söz yox ki, indi abunə pullarından borclarımızı verə bilmərik, amma bir şey var ki, sən mənim yazdığıma görə pulları kassaya qoymuş olardın və ayın 15-də qəflətən pul tapa bilməzdin vekselləri alasan (çünki kassadan dəxi sənə geri verməzlər).

Bu səbəbdən sənə mən bu gün həmin kağızın içində 350 manata bir dənə “çek” göndərdim. Əgər əlində abunə pulu olmamış olsa, ya az olsa, bankdan bu pulları al və ayın on beşini keçirməyib vekselləri çıxart. Bu şərtlə ki, abunə pullarından 350 manat düzəldən kimi aparıb haman Voljski-Kamski banka genə Həmidənin adına qoyasan. Bu barədə, söz yox ki, yazarsan.

Evdən və uşaqlardan əhvalat yaz görək necədirlər?

 

Cəlil.

 İsmayıla salamım var. Mirzə Əliyə habelə...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info