Qonaq Kitabı
Musayə təsəlli göründü Turdən

Musayə təsəlli göründü Turdən,

Məst olub ağlını şaşırdı sirdən,

Ənəlhəq sirrini aldım Mənsurdən,

Məhəbbət kəmərin ərkandan aldım.

 

Həq bilir, sözümə hiylə qatmazam,

Hər kəsə bu siri əyan etməzəm,

Qiyməti bilinməz yerdə satmazam,

Mən bu nəsihəti bir candan aldım.

 

Çalış bu girdabın çıx yörəsinə,

Dərman gizlənibdir dərd arasına,

Mərhəm sarılarmı eşq yarasına?

Bu elmi, hikməti Loğmandan aldım.

 

Aləm başdan-başa bir seyrangahdır,

Gir könül şəhrinə, gör nə dərgahdır.

Bir gizlicə sirdir, qüdrətüllahdır,

Yazılmış dəftərü divandan aldım.

 

Tərkü təcrid oldum, tökdüm qəbayi,

Əynimə geyindim şalü əbayi,

Mana sorun kimdən aldım yasayi?

İsmayıla enən qurbandan aldım.

 

Dünyadan əl çəkdim, ərkandır işim,

Çeşmilə, bürhandır, tökülür yaşım,

Sizlərə hədiyyə, eldədir başım,

                                      Ol yaşıl yarpağı Salmandan aldım.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info