Qonaq Kitabı
MƏKTUB (27)

 

(1911).

 

Həmidə!

 

Yevlaxa çatdım. Yolda Şamil bəy Vəzirova dəydim... O, söz verdi ki, bizim başladığımız işdə yaxından iştirak edəcək və əminəm ki, onun bizə çox böyük köməyi dəyəcək.

Bərdədə bir neçə nəfər adam heç gözləmədiyim halda Molla Nəsrəddinin dostları çıxdı. Hələ Şamil bəyin yanında olanda bir nəfər bəy Mollaya ehtiramını bildirməyə gəldi, sonra karvansaraya Səfərov adlı birisi gəldi, özü də Şuşadandır, böyük bəzzazdır. Bilmirəm Molla Nəsrəddində bu şöhrət birdən-birə haradan üz verib.

Sən demə axır vaxtlarda Bərdə və Şuşa məscidlərində aramsız mübahisə gedirmiş ki, Molla Nəsrəddin kafirdir, ya yox.

Şamil bəylə birgə Yevlaxa gəldim. Sənə dörd şüşə “Borjom”göndərirəm. Midhəti xətrim yaman istəyir.

Hələlik.

Üç həftədən sonra gələcəyəm.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info