Qonaq Kitabı
MƏKTUB (26)

 

Əzizim Məmmədəli!

 

Mən hələ burada, Xankəndindəyəm.

Kağızın yetişdi, razı oldum ki, işləri yerbəyer eləyirsən. Ancaq Manya səndən giley eləyir ki, onu axşamlar yəl qoyursan. Yazır ki, bizim köhnə qardaşımız Olqa hərdən bir Semyonun yanına, yəni bizə gəlir. Semyona de ki, bir də o qız bizə görsənsə, onu çıxardıb məvacib vermənəm. Xaçoya de Olqa bizə gələndə qoymasın. Vera Akimovnadan mənə yaz görüm hardadır və nə qayırır? Bir neçə günə gələrəm. Bu gün yenə material və şəkil göndərirəm. Bir şəxs dünən mənə yazır ki, guya sən hər gün keflənirsən, mən inanmıram.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info