Qonaq Kitabı
MƏKTUB (24)

 

(1911).

 

Məmmədəli!

 

İki səhifə yarım da şəkil göndərdim. Az olsa, qalanını özün düzəlt.

Rotterdən nigaran oldum. Bilmədim otuz manata razı olub şəkil çəkirmi? Hər halda burada pulum yoxdur.

Bizim aşağıdakı qonşuların qızları ilə altı manat göndərdim. Bu pulu haman saat zəhmət çəkib yetirəsən Yekaterina Nikolayevnaya. Məhəmmədhəsən bilir harada olur. Əgər Məhəmmədhəsən uzaq olsa, sən özün tap ver ki, çox və çox vacibdir. Əlbəttə təxirə salma. Yeri belədir: Sudebni küçədən bir küçə dönür sol tərəfə, Zubalovski küçədir. Nömrə 3. Zubalovun yersizlər üçün tikdirdiyi imarətin sağında, alt mərtəbədir. Zubalovskaya, â„– 3.

Poçtda pul varsa, biletlə povestkaları göndər. Mərdanovdan üzr istə və söz ver ki, bu günlərdə verərik.

Qəzetləri göndər. Vacib əhvalat olsa yaz və vacib kağızı göndər.

Münəvvəri çox teatr və gəzməyə məşğul eləməyinə mən səndən narazıyam. Münəvvərdən yerdən-göyə kimi incimişəm. Səni də hələ başa düşə bilmirəm. Allah axırını xeyir eləsin.

Mənə kağız yazanda altı manatın sənə vüsulunu və yerinə yetirməyini yaz.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info