Qonaq Kitabı
MƏKTUB (23)

 

(1911).

 

Məmmədəli!

 

Göndərdiyin povestkaları ki, pulu eləsin 33 manat 70 qəpik, – üstünü yazıb Məşədi Ələskər Bağırovun adına göndərdim. Bunu mən qəsdən belə elədim ki, Üzeyir sənə kağızı və povestkaları yetirən kimi get Bağırovun yanına, povestkaları ona verib əlli manat al, haman saat yetir Mərdanova ki, eybdir, mən səndən də artıq utanıram.

Özün də bilirsən ki, indi Təbrizdən və çox yerdən pul gözləyirik. Gələn kimi Bağırovun pulunu verərik ki, eləsin 14 manat 20 qəpik.

Əlbəttə, Şeyx Ələskərə mənim bu kağızımı nişan ver və de ki, 14 manatı müzaiqə eləməsin.

Açarı Üzeyirlə göndərirəm, jurnal otağındakı şkafda olacaq poçt bileti. Povestkaları göndərəndə bileti də göndər ki, sənin adına yazım, alıb Bağırovun da borcunu verəsən.

Jurnal gəldi. Yaxşı çıxıb. Razı oldum. Səy elə ki, bu ay qalanları da çıxsın.

Üzeyirlə bu kağızın içində altı manat da göndərirəm. Əlbəttə bağajı da göndər.

Satılmalı jurnalları da göndər, bir az da saxla, ev xərci edin. Tezliklə sənə əlbəttə pul yetirərəm. İsmayıla da pul göndərərəm.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info