Qonaq Kitabı
MƏKTUB (22)

 

14 dekabr, 1911.

 

Əzizim Həmidə!

 

Allaha şükür, hamımız yaxşıyıq. Uşaqlar lap yaxşıdırlar. Müzəffər də tez-tez bizə gəlir. Ancaq hamımız sənin üçün darıxırıq.

Tiflis elə yaxşıdır ki... Havalar lap yaz havasıdır. İşlərini qurtar, gürcüləri burax, oranı bir adama tapşırıb gəl.

Dərmanı dünən poçtla göndərdim. Kağızını Belozerskiyə oxudum, məsləhət görür ki, hətta Ələskər bəyin borcunun da bir hissəsini verməyəsən.

Bizdə elə təzə bir əhvalat yoxdur. Sənə rus qəzetləri göndərdim. İrandakı hadisələrdən və başqa əhvalatlardan xəbərdar olarsan. Mən yenə jurnalla məşğulam.

Ələkbər necədir? Haçan gələcək? Mina üçün haçan pul göndərəcəksən? Gözləyir. Bu gün Midhəti çimdirəcəyik.

Başım ağrıyırdı, həkimə getdim. Sən demə, qan təzyiqindən imiş. Dərman verdi (toz halında yod). Məxləs, bilmirəm mənim başıma nə oldu axı? 17 nömrəli Yesentuki də içirəm.

Xudahafiz.

Qurtar, gəl. Özünü gözlə.

İbişbəyə salam.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info