Qonaq Kitabı
MƏKTUB (20)

 

(1 mart 1911).

 

Əzizim Məmmədəli!

 

Dünən ittifaqən Həmidədən bildim ki, mən Tiflisdən buraya gələndən sonra jurnalı litoqrafiyada tək-tək çap etdirmisən, nəinki iki nömrəni bir daşda. Guya material olmamağı buna bais olub. Heyif ki, mənə bu əhvalatı heç yazmayıbsan. Əgər bilsəydim, razı olmazdım, çünki belədə çap baha oturur. Bu xüsusda mənə müfəssəl yaz görüm əhval nə cürdür və nə səbəbə mətbəə buna razı olub, görə-görə ki, belədə çox təfavütü var. Bundan sonra nə qayda üzrə qabaqlarda idi, helə də çap etdir ki, iki nömrə birdən çap olunsun.

Sabirin əhvalından mənə hər dəfə yaz.

Genə kefim yoxdur, yaza bilmirəm. Həmidə iki-üç günə gələcək Tiflisə.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info