Qonaq Kitabı
MƏKTUB (19)

 

29 yanvar (1911).

 

Əzizim Məmmədəli!

 

Mənim Manyanın bacısına yüz manat borcum var. Neçə il bundan qabaq məvacibi qalıb, qəbz vermişəm. Qəbzin tarixi 7 iyun 1907-ci ildir. İndi borcunu istəyir. Abunə pullarından haman qıza yüz manata kimi düzəlt ver. Verəndə qəbz al ki, filan tarixdə olan borcu babətindən filan qədər pul yetişib. Əgər birdən versən, qəbzi al saxla.

Faiq əfəndi, yəqin ki, gedib. Getməmiş olsa, salam söylə. Manyaya, Əbilə və Əziz ilə Əhmədə de ki, mənə kağız yazsınlar.

Hazırlaşıram gələm, amma ayaqlarım ağrıyır, qorxuram şiddət edə. Gözləyirəm havalar bir az xoş olsun.

Sən isə xərcləri bir az qənaət ilə elə, yeməkdən savayı. Çünki əgər indidən biz abunə pullarından zapas saxlamasaq, jurnalı saxlaya bilmənik. Hərdən bir müxtəsər hesab mənə göndər ki, bilim nə qədər pulumuz kassada var.

Evinizə lazım olan pulu göndərməyə muxtarsan. Elə elə ki, evinizdə korluq çəkməsinlər. İsmayılı da puldan yana gözlə.

 

Cəlil. Xudahafiz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info