Qonaq Kitabı
MƏKTUB (18)

 

(2 yanvar 1911).

 

Əzizim Məmmədəli!

 

Genə bir az kefim yoxdur. Bəlkə bir neçə günə gələm. Gələn poçt ilə sənə məqalə və şəkil göndərərəm.

Abunə pullarını poçtdan al, ver poçtxanadakı sbereqatelni kassada qalsın jurnalın adına. Kassanın kitabçası mənim stolumun sağ qutusundadır, götür.

Perevod blanklarını yaxşı saxla ki, təzə abunələr müəyyən olunsun. Qalan işləri də ki, özün bilirsən.

Bıxova və Sergeyevə bir qədər pul vermək olar. Habelə Rotterə və Şmerlinqə.

Əbilin, Manyanın və Əhmədin kefini soruş. Odundan və yeməkdən yana korluq çəkmə. Evinizə də qədərincə pul göndər.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info