Qonaq Kitabı
MƏKTUB (17)

 

(1910-cu ilin axırı ya 1911-ci ilin ilk günləri).

 

Əzizim Məmmədəli!

 

Sən bu qədər ki, mənə kağız yazıb şəkil və məqalələr istəyirsən, mən çox nigaran və narahat oluram ki, damağım olmur sənə lazımınca kömək edəm. Genə şükür ki, sən işləri elə ötüşdürürsən ki, bir növ təskinlik tapıram.

Barı, pul işləri genə məni məşğul etməkdədir: məsələn, yanvarın 15-də iki srokum var: Bıxova iki yüz və Səmədova yüz əlli manat.

Söz yox, indi abunə pullarından borclarımızı verə bilərik, amma bir şey var ki, sən mənim yazdığıma görə pulları kassaya qoymuş olardın və ayın 15-də qəflətən pul tapa bilməzdin vekselləri alasan (çünki kassadan dəxi sənə geri verməzlər).

Bu səbəbdən sənə mən bu gün həmin kağızın içində 350 manata bir dənə “çek” göndərirəm. Əgər əlində abunə pulu olmamış olsa, ya az olsa, bankdan bu pulları al, ayın on beşini keçirməyib vekselləri çıxart. Bu şərtlə ki, abunə pullarından 350 manat düzəldən kimi aparıb haman “Voljski-Kamski banka” genə Həmidənin adına qoyasan. Bu barədə, söz yox ki, yazarsan.

Evdən və uşaqlardan əhvalat yaz görək necədirlər?

 

Cəlil.

 

İsmayıla salamım var. Mirzə Əliyə habelə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info