Qonaq Kitabı
MƏKTUB (10)

 

23 avqust (1910).

 

Məmmədəli!

 

Bu kağızın içində əlli manatlıq çek var. Avqustun 25-də Bıxovun əlli manatlıq vekselinin srokudur. Veksel Voljski-Kamski bankındadır, necə ki, sən də bilirsən.

Pulu al, vekseli çıxart, saxla. Həmidə xanımdan bu pulu mən borc aldım, çünki o özü də bankdan borc alır. Və Həmidə xanıma söz vermişəm ki, bu pulu tezliklə qaytaraq banka.

Mənim fikrim budur ki, Təbrizdən Qafarxanov əlli manat rus bankı vasitəsilə bizə pul barat edəndə haman pulu biz yetirək Həmidə xanımın adına Voljski-Kamski banka. Pul gələndə bu məsələni bankdan öyrən ki, mən yazdığım kimi eləyək.

Povestkaları da biletlə göndər bura, qol çəkim, qaytarım. Və Mərdanovun pulu barəsində yaz görüm nə eləyə bildin.

Qəzetləri və vacib kağızları buraya göndər.

Bir neçə günə gələrik.

İsmayılla povestkaları göndər, yazım pul ver. Və məndən Mirzə Əliyə və İsmayıla dua yetir.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info