Qonaq Kitabı
MƏKTUB (9)

 

18 avqust (1910).

 

Əzizim Məmmədəli!

 

30-cu nömrə gəldi çıxdı. Çox yaxşıdır və səndən razı oldum.

Əlbəttə, pul povestkalarını və pul kitabçasını – ki, poçtdan bizə veriblər (möhürlü) – qoy paket içinə və göndər ki, üstlərində vəkalət yazım, sən pulu alasan.

Manyaya de ki, mən ondan nigaranam və kağızıma cavab gözləyirəm.

Bir həftə, on günə kimi də burada qalmalıyam. Sonra gəlib Tiflisdə bir həftə qalacağam və genə gələcəyəm kəndə, iki ay burada qalacağam. Yazmışam Naxçıvana Mahmud gəlsin bizə, yəni kəndə. Amma bir xəbər yoxdur.

İrəvandan bizim Ələkbərə kağız gələn kimi göndər buraya.

Bundan sonra adresimi belə yaz (çünki gəlmişik kəndə): St. Aqdam, Şuşinskoqo uyezda. Djalilu Mamed-Kuli-zade, redaktoru “Molla Nasreddin”.

Teleqraf üçün: Aqdam. Mollanasreddin.

Evdən-eşikdən muğayat ol. Səy elə ki, jurnal xarab olmasın.

Hələ ki, xudahafiz.

 

Cəlil.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info