Qonaq Kitabı
Bu yolun yolçusu olayım dersən

Bu yolun yolçusu olayım dersən,

Əldə iki qarpız tutmalı degil.

Dərviş olub şalvar geyəyim dersən,

Gahi geyib, gahi atmalı degil.

 

Namərd bağçasında qönçə gül olmaz,

Kamil ilə yoldaş olan yorulmaz,

İki məxluq vardır, haqqa qul olmaz,

Məğrurluq, kibirlik etməli degil.

 

Məğrurlar orada olurlar yalan,

Kibr imiş yorulub yollarda qalan,

Əgər yolçu isən, körpünü dolan,

Göz görə çamura batmalı degil.

 

Qoyun quzusuna nasıl mələdi?

Öküzün qulağın kimlər ənədi?

Qərib bülbül gül dalında tünədi,

Hər çalı başında ötməli degil.

 

Şah Xətayim imam Cəfər müxbiri,

Haqqın yaranıdır Veysül-Qərəni,

Haqqın xəznəsindən gələn gövhəri

                                      Müştəri olmadan satmalı degil.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info