Qonaq Kitabı
MƏKTUB (8)

 

Tiflis, iyun, 1910.

 

Əzizim Məmmədəli!

 

Mən bu ovqat kəndə getməliyəm və burada bir adam lazımdır ki, “Molla Nəsrəddin”i idarə eləsin. Əgər yay fəsli, yəni iki ay gəlib Tiflisdə qala bilsəniz, bu kağızı Məşədi Ələskər Bağırova nişan veriniz və bunu da biliniz ki, burada bizim evdə yeyib-içəcəksiniz və bir qədər də xərclik hər ay evə göndərə biləcəksiniz. Qədərini indi müəyyən edə bilmədim, amma güman edirəm ki, narazı olmuyasız. Əgər iki aydan sonra Tiflisdə qalmaq istəsəniz, bəlkə genə idarəmizdə qalasınız.

Bunu da biliniz ki, burada bizim uşaqlara da dərs verə bilərsiniz, sonra əgər istəsəniz, Həmidə xanımın kəndində onun məxsusi məktəbində dərs deyə bilərsiniz.

Bura gələndən sonra hər bir şey müəyyən olar; amma güman edirəm ki, “Molla Nəsrəddin” işlərində mənə yaxşı köməkçi ola bilərsiniz.

Əgər mərhum Sidqi bəradərimin oğlu ilə gələcəkdə dostluğumuz baş tutsa, özümü xoşbəxt hesab edərəm.

 

Xeyirxahınız Cəlil Məmmədquluzadə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info