Qonaq Kitabı
MƏKTUB (5)

 

(24 aprel, 1907).

 

Nuri-çeşmim.

 

Sən Allah, Məhəmmədhəsənin anasına de ki, ondan heç nigaran olmasın. Çox yazmağa vaxtım yoxdur, amma bunu yəqin eləsin ki, Məhəmmədhəsənin günü burada Naxçıvan bəyzadə və xanzadələrinin günündən yaxşı keçir. Sənətində də tərəqqi etməkdədir. Müxtəsər, heç bir şeydən korluğu yoxdur və tuman-köynək də nahaq göndəribsiniz. Heç bir şey lazım deyil; biz burada hələ ölməmişik, sağıq. Sidqinin bircə nəfər uşağına da baxmasaq, dəxi özümüzə necə insan deyə bilərik?

 

Cəlil.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info