Qonaq Kitabı
REDAKSİYAYA MƏKTUB (2)

 

21 avqust tarixli “Novoye obozreniye”də belə bir məlumat çap olunmuşdu ki, guya Zaqafqaziya şeyxülislamı və müftisi Y. D. Aspisovaya Tiflisdə müsəlman qızları üçün məktəb açmağa icazə verməyi qeyri-mümkün hesab etmişlər. Mən bu məktəbin taleyi ilə yaxından maraqlandım və təhsil dairəsinin cənab popeçitelinin dəftərxanasından bu barədə dürüst məlumat alıb öyrəndim ki, istər şeyxülislam, istərsə də müfti nərədə tutulan məktəbdə şəriət və tatar dilinin keçilməsi haqqında cənab popeçitelin sorğusuna verdikləri cavabda ancaq, cənab dairə popeçitelindən bu məktuba icazə verilməsi məsələsinin həmin fənlərə aid proqram müvafiq komissiyalarda tam işlənib qurtarıncaya qədər təxirə salmağı xahiş etmişlər. Onların göstərilən məktubu icazə verməyə razı olmadıqları haqqında isə heç söhbət də getmir.

 

C. Məmmədquluzadə.

“Tiflisski listok”,

24 avqust, 1905, â„– 173.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info