Qonaq Kitabı
MƏKTUB (4)

 

Fi. 22 aprel, 1905.

Tiflis.

 

Bəradərim Qurbanəli!

 

Qardaş, bu nə işdir sənin başına gəldi? Əhvalatı bir qolay eşitmişəm, amma təfsilatı mənə məlum deyil. Əlbəttə, əlbəttə tez kağız yaz. Əgər yaza bilməsən, yazdır göndər görək bu nə qəzavü-qədərdir sənin başına gəlir.

Əzizdən heç nigaran olma. Onu yəqin bil ki, xudanəkərdə sən dünyada yox olsan da, Əziz burada dərs oxuyub, axıra kimi elm təhsil edəcək. Hər halda indi Əzizin sənə heç bir ehtiyaclığı yoxdur və onun barəsində heç fikir eləmə. Bu günlərdə onun metrik şəhadətnaməsini şeyxülislam idarəsindən çıxardacağam ki, may ayında imtahana aparam.

Nuri-çeşmim Əli bir neçə gündür ki, buradadır. Bayram günləri olmaq səbəbindən mən özüm öz ixtiyarım ilə onu burada qonaq saxladım, çünki Əziz üçün də onun burada qalmağı xoş keçirdi. Amma Əlinin gimnaziyaya hazırlaşmağa çox artıq həvəsi var. Əgər məsləhət görsən, gəlsin buraya, Tiflisə və bizim pansionda qalsın, bir müəllim tutaq, onu hazırlaşdırsın. Bunlar hamısı keçəndən sonra, Allah xatirinə, tezliklə öz əhvalatını mənə bildir. Çünki buraya gələn xəbərə görə, sənin əlinə yara yetişibdir.

Bu gün əvvəlinci dəfə teleqraf çıxardıq. Əhvalatı Əli nağıl edir və qəzetə çıxarmağa izn istəmişəm.

 

Xudahafiz, Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info