Qonaq Kitabı
Gəlib ixlas ilə yola gedənin

Gəlib ixlas ilə yola gedənin

Zərrəcə könlündə güman gərəkməz.

Sil-süpür qəlbini, evin pak eylə,

Möminin aynası duman gərəkməz.

 

Birnin iki yerdə gər əli olsa,

Faydası olmaz ol gər Əli olsa.

Müsahibdən gizli dal yeri olsa,

Ondan sana hələn iman gərəkməz.

 

Müsahib, mürəbbi yolda bir kişi,

Dili söylər, amma degildir işi,

Çünki baş etməzsən tutduğun işi,

Ər yükü gövhərdir, saman gərəkməz.

 

Can Xətayim aydır: – Düşürdün dərdə,

Zavallı sufidən qalxmayır pərdə,

Gördün ki, bir loğma gəldi bir yerdə,

O loğma cig isə, yemən gərəkməz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info