Qonaq Kitabı
KÖHNƏ DƏRDİM

 

Şərq qadını məsələsi mənim dərdimdir. Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi üstündə vurulub. Onunçün də “Şərq qadınçılar”ın dərdini mən artıq anlaya bilirəm.

Nədir onların dərdi?

Şərq qadınını azad etmək.

Nədən?

Şəriətin kəməndindən, müsəlmançılığın zəncirindən, hərəmxanaların zindanından, qara çarşabın zülmatından! Və azad edəndən sonra, azad Şərq qadınını tərbiyə etmək, ona həqiqi yol göstərmək, öz vəzifəsini bildirmək, qadınlıq şərtlərini anlatmaq, analıq borcunu dərs vermək, övlad tərbiyəsinin nə olduğunu təlim etmək. Ta ki, bəxtiqara Şərq qadını gözünü açıb çıxsın Şura əsrimizin geniş meydanına və cürət ilə desin: “Mənim də bu dünyada yaşamağa haqqım var! Çünki indi dəxi mən azad Şərq qadınıyam!”.

Budur Bakıda bir il bundan qabaq çıxmaya başlayan “Şərq qadını” məcmuəsinin arzusu və amalı!

Nə müqəddəs vəzifə! Nə ali məqsəd!

Onunçün də iftixar etsinlər gərək məcmuənin baniləri, ruh verənləri, əhli-qələmləri və nə surətdə olmuş olsa, ona kömək göstərənlər. Çün Şərq inqilabı tarixində “Şərq qadını” kimi bir əsrin xidməti gözəl sütunlarla qeyd olunacaqdır. Mənim buna etiqadım möhkəmdir.

 

 

C. Məmmədquluzadə (Molla Nəsrəddin).

“Şərq qadını” jurnalı, oktyabr, 1924, â„– 10.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info