Qonaq Kitabı
ƏLİQULU NƏCƏFOV

 

“Molla Nəsrəddin” – tək bir nəfər müəllimin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam.

Bu əziz yoldaşlarımızın biri də mərhum Əliqulu Nəcəfovdur.

Bu gün onun ölümünün beşilliyidir. Həmin qəzetdə yer olmadığı səbəbdən mərhum yoldaşımın barəsində təfsilat verməyi sonraya qoyuram. Ancaq bu gün keçmiş günləri yada salıb, hədsiz təəssüflər edirəm. Təəssüflər edirəm ki, Əliqulu Nəcəfov kimi həqiqi və ləzzətli əhli-qələm və şairimiz bu dünyadan vaxtsız getdi və məcmuəni öz köməyindən məhrum qoydu.

Mənim yəqinimdir ki, Əliqulu Nəcəfovu tanıyan və onun yazıları ilə vaxtında fərəhlənən cəmi oxucu və dostlarımız mənimlə bərabər bu gün onu yada salıb qəlblərinin dərinindən qəmgin olacaqdır.

 

 

“Molla Nəsrəddin” məcmuəsinin müdiri:

Cəlil Məmmədquluzadə.

“Kommunist”, 14 mart, 1924, â„– 60.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info