Qonaq Kitabı
BƏYAN

 

Məcmuəmizin 35-ci nömrəsində birinci səhifədə biz belə şəkil çəkmişdik: Xalq Maarif Komissarlığından bir neçə teatr və qeyri tamaşagah müdirləri dallarında pul yükü aparırlar, aşağıda kasıb kəndli oturub baxır və deyir:

- Maarif Komissarlığının yuxarıda göstərilən idarələrinə bu qədər pul daşınanda, əlbəttə, kənd məktəbləri pulsuz qalacaqdır.

Həmin şəkil bir para danışıqlara səbəb olubdur ki, guya biz deyirik ki, Maarif Komissarlığının pulu teatrlara və kino, operalara verilir, amma kənd məktəblərinə verilmir.

Belə deyil, yəni bizim dediyimiz bu deyil. Bizə məlumdur ki, Maarif Komissarlığının pulunun böyük hissəsi kənd məktəblərinin və kənd maarifinin yolunda sərf olunur, teatr və opera isə, bunlara verilən maddi köməklik qabaqkı xərclərə nisbətən çox azdır.

Əgər biz bu az olan xərcləri böyük-böyük tay şəklində və kəndlini fəqir bir halda göstərmişiksə, onun mənası o deyil ki, kəndlilərə heç bir şey verilmir. Bu məzhəkə yazıçılığında adət olunmuş bir mübaliğədir.

Bizim ancaq sözümüz budur ki və indi yenə bunu arzu edərdik ki, qeyri idarələrə və qeyri müəssisələrə verilən az-çox pulların yenə mümkün olan qədərini qənaət edib, kənd maarifini qüvvətləndirməlidir.

 

 

 

İdarədən.

“Molla Nəsrəddin”, 17 noyabr, 1923, â„– 37.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info