Qonaq Kitabı
İlk xatirələr

Üfüqlər qızarır al güllər kimi,

Günəş boy göstərir, açılır səhər.

Yığışın qəlbimə bülbüllər kimi.

Ey ilk xatirələr, ilk xatirələr.

 

Mən onu sevmişdim bir saf ürəklə,

O mənim eşqimi duysaydı əgər...

Girin pəncərəmdən əsən küləklə,

Ey ilk xatirələr, ilk xatirələr.

 

İndi mən piyada, siz atlısınız,

Qaldımı eşqimdən kiçik bir əsər?

Nədəndir, gah acı, gah dadlısınız,

Ey ilk xatirələr, ilk xatirələr.

                                                   

 

“Aygün” poemasından

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info