Qonaq Kitabı
Qarşıdakı qarlıca dağı gördünmi?

Qarşıdakı qarlıca dağı gördünmi?

Yoldurmuş əyyamın, əriyib gedər.

Axan sulardan sən ibrət aldınmı?

Yüzünü yerlərə sürüyüb gedər.

 

Qadirsən, ey ulu şahım, qadirsən,

Hər nerəyə baxsan, onda hazirsən.

Üstümüzdə dörd guşəli çadirsən,

Cümləmizi birdən bürüyüb gedər.

 

Sıra-sıra gələn ol ulu quşlar,

Sirli olur, yaxmaz onu günəşlər,

Əvvəl-əzəl meyvə verən ağaclar,

Onlar da qalmayıb çürüyüb gedər.

 

Dərindir bizim dəryamız, boylanmaz,

Min bir kəlam desəm, biri anlanmaz.

Kişi iqrarsız yollara yollanmaz,

Yolları qoynunda yürüyüb gedər.

 

Şah Xətayim söylər sözü özündən,

Dərvişlərin sağınıbdır gözündən,

Olur-olmaz münkirlərin sözündən,

                                     Əsriyib könlümüz, farıyıb gedər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info